Əbu Muslim əl-Xulani demişdir:
“Alimlər yerdə göydəki ulduzlar kimidirlər. İnsanlar onlara baxaraq doğru yolu tapar, lakin ulduzlar gizlənəndə insanlar çaşqınlığa düşər.”
İbn Rəcəb əl-Hənbəli bu barədə demişdir:
“Alimlər ulduzlarla müqayisə edilmişdir və ulduzların səmada üç faydası vardır:
1. Qaranlıqlarda doğru yolu göstərirlər,
2. Göy üzünün zinətidirlər,
3. Səmadan qulaq asmağa çalışan şeytanlar üçün daş atıcıdırlar.
Alimlər də yerdə bu üç xüsusiyyəti daşıyırlar:
1. Onlar vasitəsilə qaranlıqlarda doğru yol tapılır,
2. Onlar yerin zinətidirlər,
3. Onlar həva əhlindən olan, batil ilə haqqı qarışdıran və dinə aid olmayanı ona qatmağa çalışan şeytanlar üçün atılan alovlardır. Nə qədər ki, elm yerdə qalmaqdadır, insanlar doğru yol üzərində olacaqlar.”
(Şərh Risalə Adabu d-Daris va-l-Mudarris, s. 22)