Hənbəli məzhəbinə görə müəzzinin qibləyə üz tutaraq şəhadət barmaqlarını qulaqlarına qoyması sünnədir. Çünki o, ən şərəfli cəhətdir. Bu tərzdə əzan verənin səsi daha gur çıxır.

(Raudul Murbi səh: 64)


Hənbəli məzhəbinə görə əzan və iqamə namazın şərtlərindən deyil. Əzan və iqamə verilmədən qılınan namaz məkruh olması ilə bərabər səhihdir.

(əl-İqna: 1/117)


Hənbəli məzhəbinə görə yüksək səslə olmasa belə qadınlara və xonsaya azan və iqamə vermək məkruhdur.

(əl-İqna: 1/117)


"ومن جمع أو قضى فوائت أذن للأولى، و أقام لكل صلاة"


“Əgər biri namazları birləşdirərsə, yaxud qaçırtmış namazların qəzasını qılarsa, birinci üçün əzan verəcək, daha sonra hər namaz üçün iqamə verəcək.”


Hədislərdə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) məhz bu cür etməsi rəvayət edilir. Bu hal iki qisim insanlara aiddir:

Birinci qisim: Namazları birləşdirən şəxs.

Misal: Səfərdə olub zöhür və əsri, yaxud məğrib və işanı birləşdirən şəxs.

İkinci qisim: Namazları qaçırtmış şəxs. 

Misal: İnsan yatıb qalır və nəticədə zöhrü və əsri qaçırdır və yalnız məğribin vaxtında oyanır. Bütün bu hallarda insan bir dəfə əzan verir, daha sonra hər namaz üçün ancaq iqamə verir. 


(شرح أخصر المختصرات، تأليف: ابن بلبان الحنبلي)

(Şərh Əxsarul müxtəsarat. Müəllif: İbn Bəlbən əl-Hənbəli)