İzah:
Əgər namazın vaxtı çıxmamış bir adam namazın ərkanlarından birini yerinə yetirmək imkanı əldə edərsə, onun namazı qəza deyil əda hesab ediləcək.


Misal: Bir insan yuxudan durur. Zöhr namazının çıxmağına çox az vaxt qalır. Həmin adam dəstəmaz alıb namaza durur və ehram təkbiri gətirir. Bundan dərhal sonra müəzzin əsr namazı üçün azan verir. Bu halda onun namazı qəza deyil, əda sayılır. Çünki o, əsr namazının vaxtı girməmiş ehram təkbirini gətirməyə müyəssər oldu.


(شرح أخصر المختصرات، تأليف: ابن بلبان الحنبلي)

(Şərh Əxsarul müxtəsarat. Müəllif: İbn Bəlbən əl-Hənbəli)