Hənbəli məzhəbinə görə ölüm ayağında olan şəxsin hüzurunda əl-Fatiha və Yasin surələrini oxumaq müstəhəbdir. İmam Əhməd (رضي الله عنه) dedi: "Ölüm ayağında olan adam üçün Quran oxumaq müstəhəbdir. Çünki ölüm ayağında olan adam Allahın kəlamını dinləyəcəyi zaman onun halı yüngülləşəcək, ağrıları azalacaq və ölüm ayağında olan adam bundan bir növ təsəlli tapacaq. Çünki Quranı-Kərim möminlər üçün şəfadır." Hənbəli fəqihləri can verənin yanında Quran oxumağın onun ağrılarını azaltdığını demişlər.
(شرح أخصر المختصرات، تأليف: ابن بلبان الحنبلي)
(Şərh Əxsarul müxtəsarat. Müəllif: İbn Bəlbən əl-Hənbəli)