"والصلاة على النبي - عليه السلام - بعد فراغه، وقول ما ورد والدعاء."


Əzanı bitirdikdən sonra Peyğəmbərə (salləllahu aleyhi və səlləm) salavat çevirmək, varid olan sözləri demək və dua etmək sünnədir.


Müəllifin (رحمه الله) sadaladığı əməllər sünnədir. Burada üç şey qeyd edilir: 


Birinci: Əzandan sonra Peyğəmbərə (salləllahu aleyhi və səlləm) salavat deməkdir. 


İkinci: Varid olan sözləri deməkdir. Varid olan sözlər: 


"اللهم رب هذه الدعوة التامة، والصلاة القائمة، آت محمدا الوسيلة والفضيلة، وابعثه مقاما محمودا الذي وعدته."


Allahummə rabbə həzihid dəavatit təmmə vas salətil qaimə əəti muhammədənil vasilətə val fədılətə vab’ashu məqamən mahmudənil ləzi vaədtə.


Tərcümə: “Ey bu kamil duanın və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vəsilə dərəcəsi və fəzilət ver. Onu vəd etdiyin Mahmud məqamına çatdır.”


Üçüncü: Dua etməkdir. Ənəsin (radıyallahu anhu) rəvayət etdiyi hədisdə gəlmişdir: 


إن الدعاء لا يرد بين الأذان والإقامة فادعوا


Əzan ilə iqamə arasında edilən dua geri çevirilmir, elə isə dua edin.

(Hədisi Tirmizi, Əbu Davud və İmam Əhməd rəvayət edib)


(شرح أخصر المختصرات، تأليف: ابن بلبان الحنبلي)

(Şərh Əxsarul müxtəsarat. Müəllif: İbn Bəlbən əl-Hənbəli)