Peyğəmbər (salləllahu aleyhi və səlləm) insanlarla son dərəcə mülayim və ehtiramla davranırdı. “Bir tərəfə dönərkən (sadəcə başını cevirməz) bütün bədəni ilə dönərdi.” Bu, qarşıdakı insana nə qədər dəyər verdiyinin göstəricisidir. Əli ibn abu Talib (radıyallahu anhu) Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) belə danışırdı: “İnsanların ən yaxşı qəlbli, ən cəsur və ən doğru sözlü olanı O idi. O, əxlaq baxımından hər kəsdən üstün, gözəl münasibətə görə də hər kəsdən daha mülayim idi. Onu anidən görən Ondan heybətlənərdi; Onu zamanla tanıyan, qəlbdən sevərdi. Ondan danışan belə deyərdi: “Mən nə ondan əvvəl, nə də ondan sonra onun kimi birini görmədim.”
"اللهم صل وسلم وبارك على النبي سيدنا ومولانا محمد وعلى آله وصحبه أجمعين."