Sevgi, hörmət və qardaşlıq bir-biri ilə birləşən və bir-birini tamamlayan məsələlərdir. Allah Rasulu (salləllahu aleyhi və səlləm) müsəlmanları qardaş elan etdiyi kimi, Qurani-Kərimdə də iman qardaşlığı verğulanmışdır. Beləliklə, bütün müsəlmanların eyin zamanda bir-birinə sevgi duymaları və hörmət göstərmələri labüddür. Çünki hər bir müsəlman digər müsəlman qardaşlarına qarşı ehtiramla yanaşmalıdır. Bu, həm qardaşlığın şərtidir, həm də islami bir vəzifədir. Hörmətin, eyni zamanda mərhəmət ilə əlaqəsi var. Çünki mərhəmətli olmayan insanlar adətən hörmət də göstərməzlər. Ancaq hörmət sevgi və mərhəmətdən bir cəhəti ilə fərqlənir. Belə ki, sevgi və mərhəmət daha çox fitridir və qeyri-ixtiyaridir. Ancaq hörmət istəyə bağlı olub, bir insanlıq vəzifəsidir. Bəzən insan istəmədən də olsa, mənəvi məsuliyyət gərəyi başqalarına hörmət göstərməlidir. Məsələn, dini və milli dəyərlərimizdə qadına hörmət mühümdür. Dolayısilə, bu, adət-ənənəmizin də gərəyidir. İslam mədəniyyətində də qadına hörmət o qədər mühüm və cəmiyyətdə yerləşmiş bir qaydadır ki, keçmişdə bizim ölkəmizdə və hələ də bəzi İslam ölkələrində qadına ərəb dilində hörmət mənasına gələn (حرمة)-(hürmə) - deyilir. Bu isə bütün qadınlara hörmət göstərilməli olduğunu göstərir.
Hörmət göstərmək

Tags
ƏXLAQ