Allah Rasulu (salləllahu aleyhi və səlləm) hər zaman gülərüzlü idi. Səhabədən Haris ibn Həzm (radıyallahu anhu) Rəsulullahdan (salləllahu aleyhi və səlləm) daha gülərüzlü birini görmədiyini demişdi. Rəsulullahın (salləllahu aleyhi və səlləm) gülərüzlülüyü sadəcə təbəssüm şəklində özünü göstərirdi. Ölçüsüz şəkildə qəhqəhə ilə güldüyü əsla görülməmişdir. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) xanımları onlara qarşı şəfqətinin bir an belə azalmadığını, üzündən təbəssümün əksildiyi tək bir anı belə görmədiklərini bildirmişdilər. O özü pis söz danışmadığı kimi, möminlərin də çirkin sözlərdən uzaq qalmağını istəyirdi. “Qiyamət günü möminin tərəzisində gözəl əxlaqdan daha ağır gələn bir şey yoxdur. Allah (سبحانه وتعالى) səviyyəsiz, çirkin söz (və davranış) sahiblərinə nifrət edər.”
Gülər üz

Tags
ZÜHD HƏYATI