{ رَبَّنَآ إِنَّكَ تَعۡلَمُ مَا نُخۡفِي وَمَا نُعۡلِنُۗ وَمَا يَخۡفَىٰ عَلَى ٱللَّهِ مِن شَيۡءٖ فِي ٱلۡأَرۡضِ وَلَا فِي ٱلسَّمَآءِ } ( سورة إبراهيم ٣٨)

Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Nə yerdə, nə də göydə, heç bir şey Allahdan gizli qalmaz.
(İbrahim surəsi: 38 ayət)

Uca Allahın kitabında əksər yerlərdə səmalar yerlərdən öncə işlədilir. Bu ayədə keçən İbrahimin -əleyhissəlam - duasında isə yerlərin önə çəkilməsinin bəlağət sirri budur ki, çünki İbrahim -əleyhissəlam - ailəsini yer üzündə heç bir bitkinin olmadığı yerdə tərk etmişdi. Rəbbinə dua edərək bildirir ki, sən bizim gizlətdiklərimizi və aşkara çıxartdığımızı ( tərk etdiyimizi, yəni ailəmi) bilənsən.