Hənbəli məzhəbinə görə döyüş zamanı kafirlər tərəfindən öldürülən şəhidi qüsl etməyi, kəfənləməyi və ona cənazə namazı qılmağı “Muntəhə əl-İradət” kitabının müəllifi məkruh, “əl-İqna” kitabının müəllifi isə haram saymışdır. Mötəməd olan görüş “Muntəhə əl-İradət” kitabının müəllifinin seçdiyi görüşdür. Həmçinin şəhidin üzərində olan və ondan ayrılmayan qan təmizdir. Ancaq ona başqa qan qatışarsa, bədənindən təmizlənəcək. Çünki ona kənardan qatışan qan nəcasət hökmündədir.