Hənbəli məzhəbinə görə insan səfərdə namazlarını  daralan vaxta qədər gecikdirərsə, namazlarını tam qılacaq. Çünki o, bu feili ilə asilik etmiş sayılacaq. Asilik səbəbi ilə rüxsətdən yararlana bilməyəcək. Misal: Qısa müddətli səfər çıxan şəxs zöhr və əsr namazını qısaldaraq iki namazdan birinin vaxtında birləşdirərək qıla bilər. Həmin şəxs zöhrün vaxtında niyyət edir ki, namazları əsrin vaxtında qılacaq. Ancaq o bunu yalnız bir namaz qılınacaq vaxta qədər gecikdirir. Yəni əsrin çıxmasına təxmini üç, yaxud dörd dəqiqə qalmışa qədər gecikdirir. Bu zaman o, yalnız iki namazdan birini qıla biləcək. Bununlada namazlardan biri qəzaya qalacaq. Bu asilik səbəbi ilə insan hər iki namazı tam olaraq yerinə yetirəcək.