Səbit ibn Qeys əl-Ənsari
Səbit ibn Qeys əl-Ənsari (radıyallahu anhu)
O zaman Allahın pak və müqəddəs kəlamı nazil oldu:
يَٓا اَيُّهَا الَّذ۪ينَ اٰمَنُوا لَا تَرْفَعُٓوا اَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِيِّ وَلَا تَجْهَرُوا لَهُ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ اَنْ تَحْبَطَ اَعْمَالُكُمْ وَاَنْتُمْ لَا تَشْعُرُونَ(سورة الحجرات ٢)
Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz hədər gedər.
(Hücurat surəsi: 2 ayət)
Bu ayət nazil olduqdan sonra Səbit ibn Qeys-radıyallahu anhu-Allah Rasuluna-salləllahu aleyhi və səlləm-olan güclü sevgisinə və hədsiz bağlılığına baxmayaraq, onun məclislərindən uzaqlaşdı. O, fərz namazı istisna evini tərk etmirdi. Allah Rasulu-salləllahu aleyhi və səlləm-onu məclisində tapmadıqda əshabına belə dedi: Kim ondan mənə xəbər gətirə bilər? Bu zaman ənsarlardan olan bir kişi dedi: Mən ey Allahın Rəsulu(salləllahu aleyhi və səlləm). Sonra ənsarlardan olan səhabə onun yanına getdi və onu öz evində başını aşağı salmış və kədərli halda gördü və ona dedi: Ey Muhəmmədin atası sənə nə olub belə ? Səbit ibn Qeys-radıyallahu-anhu dedi: Yaxşı deyiləm. Ənsarlardan olan sahabə dedi: Nəyə görə yaxşı deyilsən?
Səbit ibn Qeys-radıyallahu anhu-dedi: Bilirsən ki, mən uca səsli biriyəm və mənim səsim çox vaxt Allah Rasulunun-sallalahu aleyhi və səlləm-səsindən daha yüksək çıxır. Artıq bu sənin bildiyin Qurandan nazil olmuşdur. Mən özümü əməli puça çıxmış və cəhənnəm əhlindən olan birisi hesab edirəm. Beləliklə Ənsarlardan olan səhabə Allah Rasulunun-salləllahu aleyhi və səlləm-yanına qayıtdı və gördüklərini və eşitdiklərini ona danışdı. Rasulullah-salləllahu aleyhi və səlləm-dedi: Get, ona deki sən, cəhənnəm əhlindən deyilsən. Əksinə, sən, cənnət əhlindənsən. Bu, həyatı boyu Səbit ibn Qeysin-radıyallahu anhu-xeyri davamlı şəkildə istəməsi üçün böyük bir müjdə oldu.
الكتاب: صور من حياة الصحابة المجلد الأول. (ص ٤٦٢)
المؤلف: الدكتور عبد الرحمن رأفت الباشا.
Tags
SƏHABƏ HƏYATI