Möminlər gözəl əxlaq öz çiyinlərinə almışdır.
Uca Allah öz kitabında İslama iman gətirməyən insanları vəsf edərkən (في) hərfi cərindən istifadə edir. Bu hərfi cər bir şeyin digər şeyin içində olmasını ifadə edir. Misal olaraq məktubun zərfin içində olması, həmçinin insanın evin içində olması bu qəbildəndir.
Uca Allah buyuru:
اَفَمَنْ شَرَحَ اللّٰهُ صَدْرَهُ لِلْاِسْلَامِ فَهُوَ عَلٰى نُورٍ مِنْ رَبِّه۪ۜ فَوَيْلٌ لِلْقَاسِيَةِ قُلُوبُهُمْ مِنْ ذِكْرِ اللّٰهِۜ اُو۬لٰٓئِكَ ف۪ي ضَلَالٍ مُب۪ينٍ
(سورة الزمر ٢٢)
Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs kafirlə eyni ola bilərmi? Qəlbi Allahın Zikrinə qarşı sərt olanların vay halına! Onlar həqiqətən azğınlıq içindədirlər.
(əz-Zümər sürəsi: 22 ayət)
Başqa ayədə isə belə buyurur:
اَلَّذ۪ينَ يَسْتَحِبُّونَ الْحَيٰوةَ الدُّنْيَا عَلَى الْاٰخِرَةِ وَيَصُدُّونَ عَنْ سَب۪يلِ اللّٰهِ وَيَبْغُونَهَا عِوَجاًۜ اُو۬لٰٓئِكَ ف۪ي ضَلَالٍ بَع۪يدٍ
(سورة إبراهيم ٣)
O kəslər ki, dünyanı axirətdən üstün tutur, insanları Allah yolundan sapdırır və onu əyri göstərməyə çalışırlar. Onlar dərin bir azğınlıq içindədirlər.
(İbrahim surəsi: 3 ayət)
Möminləri vəsf etdikdə isə (على) hərfi cərini istifadə edir. Bu hərfi cərin mənası isə bir şeyin digər şeyin üzərində olmasını ifadə edir. Misal olaraq insanın atın üzərində olması bu qəbidəndir.
Uca Allah buyurur:
اُو۬لٰٓئِكَ عَلٰى هُدًى مِنْ رَبِّهِمْ وَاُو۬لٰٓئِكَ هُمُ الْمُفْلِحُونَ (سورة البقرة ٥)
Onlar öz Rəbbindən gələn doğru yol üzərədirlər. Məhz onlar nicat tapanlardır.
(əl-Bəqərə surəsi: 5 ayət)
Digər ayədə belə buyurur:
وَاِنَّكَ لَعَلٰى خُلُقٍ عَظ۪يمٍ
(سورة القلم ٤)
Həqiqətən də, sən böyük əxlaq üzərindəsən! (əl-Qələm surəsi: 4 ayət)
Bəs bunu bəlağət sirri nədir? Sanki Uca Allah demək istəyir ki, kafirlər və münafiqlər içərisi küfr, nifaq və zəlalət olan bir tuluğun içərisində boğulurlar. Möminləri isə sanki hidayət və gözəl əxlaq öz çiyinlərinə almışdır.