İmamdan əvvəl camaat namazı qılınarsa
Hənbəli məzhəbinə görə iki və daha çox insan məsciddə təyinatlı imamdan əvvəl camaat namazı qılarlarsa, onların etdikləri əməl haram, qıldıqları namaz isə batildir. Ancaq məscid imamının buna icazə verməsi istisnadır. Həmçinin məzhəbə görə ev sahibinin icazəsi olmadan onun evində qılınan namaz batildir.
Tags
FİQHİ FAYDALAR