Peyğəmbərin -salləllahu aleyhi və səlləm- Cəbrayılla - əleyhissalam - qıldığı ilk namaz Zöhr namazı olmuşdur. Hənbəli fəqihləri namazların Zöhrlə başlayıb Fəcrlə bitməsinin hikmətini izah edərək demişlər ki,  bu İslamın tam bir şəkildə aşkara çıxmasına və nurunun isə heç bir gizlin qalmadan parlamasına bir işarədir. Sonda isə Fəcrlə bitməsi isə bu dinin axır zamanda zəifləməsinə bir işarədir.