سَرَاب۪يلُهُمْ مِنْ قَطِرَانٍ وَتَغْشٰى وُجُوهَهُمُ النَّارُۙ (سورة إبراهيم ٥٠)

Onların paltarları qatrandan olacaq, üzlərini də alov bürüyəcəkdir. (İbrahim surəsi: 50 ayət)

Uca Allah bu ayədə günahkarların qiyamət günü paltarlarının( سرابيل) qətrandan olduğunu deyir. Qətran yanmanı sürətləndirən maddədir.
Sərabil isə xüsusi olaraq qorunmaq üçün geyinilən paltardır. Sanki Uca Rəbbimiz demək istəyirki, onların qorunduqları paltarlar belə onlar üçün əzabdan bir paydır.