{ إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتۡ }{ وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ }(سورة الانشقاق ١-٢)

Göy yarılacağı və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;
(əl-İnşiqaq surəsi: 1-2 ayət)

Bu sürənin başlığında keçən  اِنشقّ -feili ərəb dilində gələn -اِنْفَعَلَ- babındandır. Bu babda olan feillər həm gözlə  görüləndir, həm də son dərəcə asanlığı ifadə edir. Misal olaraq deyirsən ki, şüşəni sındırdım və şüşə sındı. Şüşə sındı feili son dərəcə asanlıqla baş verir, yaxud daha dəqiq məna versək, sanki şüşə deyir ki, hazıram, məni tulla sınacam. Uca Rəbbimiz səmanın paçalanmağını bu feillə vəsf edir. Sanki səma Uca Allaha deyir ki, mən hazıram, əmr edən kimi parçalanacağam.