Ənəs ibn Məlik-(radıyallahu anhu) dedi: Allah Rasulu-salləllahu aleyhi və səlləm- insanların ən gözəl əxlaqlısı, ən səxavətlisi və ən şəfqətlisi idi..
Bir gün Allah Rasulu-salləllahu aleyhi və səlləm- məni ehtiyacı üçün (yəni işini həll etmək üçün) bir yerə göndərdi. Beləcə bayıra çıxıb bazarda oynayan uşaqların yanına getdim ki, onlarla oynayım. Allah Rasulunun-salləllahu aleyhi və səlləm- mənə əmr etdiyi şeyə getmədim. O uşaqlara tərəf üz tutduqda, arxamda bir nəfərin çiynimdən tutduqunu hiss etdim. Arxaya çevrildim və gördüm ki, Allah Rasulu-salləllahu aleyhi və səlləm- gülümsəyir və deyir: “Ey Üneys, sənə əmr etdiyim yerə getdinmi? Çaşqın halda dedim: Bəli, indi gedirəm ey Allah Rasulu-salləllahu aleyhi və səlləm. Allaha and olsun ki, mən Ona on il qulluq etdim. O, mənim etdiyim bir işə heç vaxt Niyə etdin?!- demədi. Nə də ki, tərk etdiyim bir şey üçün Niyə onu tərk etdin?!- sözlərindən istifadə etmədi.
الكتاب: صور من حياة الصحابة المجلد الأول. (ص١٦)
المؤلف: الدكتور عبد الرحمن رأفت الباشا.