Sual: İnsanın bədənində üzərinə su dəyəcəyi halda iltihabının çoxalacağı yara var. İnsanın üzərinə cənabət qüslu vacib olarsa nə edəcək?

Cavab: Hənbəli məzhəbinə görə İnsan qüsl alacağı zaman "böyük hədəsi qaldırmaq üçün" qüsl alıram niyyətini edəcək. Sonra isə yuyulmayan yer üçün təyəmmüm aldıqda "böyük hədəsin qalxmasına mane olan yaraya görə təyəmmüm alıram" niyyətini edəcək. Sonra dəstəmaz alacaq. Bunun ardından hər namazın vaxtı gəldikdə eyni niyyətlə təyəmmüm edəcək, ardından dəstəmaz alacaq. Sual olunsa ki, bəs nəyə görə hər dəfə qüsl almır? Çünki qüslda muvalət (örfü olaraq çox vaxtın keçməməsi) şərt deyil. Bu səbəbdən hər namazın vaxtı daxil olduqda təyəmmüm batil olur, ancaq yuyulan əzaların qüslu olduğu kimi qalır. İnsan nə qədər çox vaxt keçsə də hər namazın vaxtında sanki qüslu tamamlayırmış kimi təyəmmüm etməli, sonra dəstəmaz almalıdır.