(سورة آل عمران ٦٤)
De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”
(Ali-İmran surəsi: 64 ayət)
Uca Allahın bu ayəsində Rəbbimiz kitab əhlini iman əhli ilə küfr arasında olan tək bir kəlməyə çağırır. Bu ayədə istifadə olunan (تعالى) feili (عُلُوٌّ) ucalıq sözündəndir. Misal olaraq dağın hündür yerində olan insan dağın ətəyində olan insanı çağırdıqda bu feildən istifadə edir. Sanki Uca Allah bununla küfrün və şirkin dərinliklərində və çuxurlarında olan kəsləri hidayətin və imanın zirvəsinə çağırır.