Yetimlərin mallarını özlərinə verin və yaxşını pis ilə dəyişməyin. Onların mallarını öz mallarınızla birlikdə yeməyin. Şübhəsiz ki, bu, böyük günahdır.
{ən-Nisə surəsi: 2 ayət}
Uca Allah bu ayədə həddi-buluğa çatmış şəxsləri yetim adlandırır və onların mallarını özlərinə təhvil verməsini əmr edir. Əslində isə İslam dinində həddi-buluğa çatmış insanın
üzərindən yetim adı düşür. Sanki Uca Allah onlara yetim deməklə insanların qəlblərində onlara qarşı mərhəmət və sevgi yaradır ki, onların mallarına toxunmasınlar.