Vaxtilə Ömər İbn Xattab (Allah ondan razı olsun) Şamdakı İslam ordusunu yoxlamaq üçün yola çıxdı. Şam sərhədlərinə gəldikdə Şam ordusunun Komandanı Əbu Ubeydǝyǝ aid bir çadırda yerləşdi. Əbu Ubeydə ilə görüşdü. Nahar vaxtı idi. Ömǝrǝ: "Sizə ordu yeməyindənmi, yoxsa komandir yeməyindənmi gətirək?" deyə soruşdular. Ömər ibn Xattab: "İkisindən də gətirin!" buyurdu. Ordu xörəyini gətirdilər ki, ət, şorba va tirit idi. Ömar: "Ordunun yeməyi budurmu"? deyə soruşdu. "Bəli, ey möminlərin əmiri" dedilər. "Ordunun komandanının yeməyini gətirin görək!" dedi. Onu da gətirdilər. Quru çörək parçaları və bir az süd! Ömər İbn Xattab bu mənzərə qarşısında ağladı və: "Sənə Əmin adını verən, əlbəttə, doğru söyləmiş!" dedi... Sevimli Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onun haqqında buyurmuşdur. "Hər Ümmətin əmini vardır. Bu Ümmətin də əmini Əbu Ubeyda Bin Cərrahdır! 


Tirmizi, Manaqib: 33