O gün kimin tərəziləri ağır gələrsə, o, razı qalan güzəran içində olacaq. (əl-Qaria surəsi: 6-7 ayət) 

Uca Allah Qurani Kərimin əl -Qariəh surəsində keçən bu ayədə tərəziləri ağır gələn möminlərin Cənnətdə razı qalan bir yaşayış içində olacağını bizə xəbər verir. Əslində isə razı qalan yaşayış deyil, Cənnətdəki möminlərdir. Ancaq Allahu Təalanın möminlərin deyil, onların yaşayışının razı qalmasını deməsindəki bəlağət sirri budur ki, sanki mömin Allahın ona verdiyi nemətlərdən o qədər razı qalacaq ki, özü bir kənara artıq yaşayışı razı qalacaq.