Hənbəli məzhəbinə görə namaz qılan şəxsin qəsdən  sözlü rükunları təkrar etməsi məkruhdur . Misal olaraq insan əl-Fatihə surəsini və sonuncu təşəhhüdü qəsdən təkrar oxuyarsa namazı səhih, etdiyi əməli isə məkruh sayılacaq.

Ancaq namaz qılan şəxs  feili rükunları, misal olaraq rüku və səcdəni  qəsdən təkrarlayarsa, namazı batil olacaq, etdiyi əməli isə haram sayılacaq.