Hənbəli məzhəbində mötəməd olan görüş qunut duasından sonra səcdəyə gedərkən təkbir zamanı əlləri qaldırmaqdır.
Aləuddin əl-Mərdavi əl-Hənbəli -rahiməhullah- dedi:
إذا أراد أن يسجد بعد فراغه من القنوت رفع يديه، على الصحيح من المذهب، ونص عليه؛ لأنه مقصود في القيام كالقراءة. ذكره القاضي وغيره. وكان الإمام أحمد يفعله
İnsan qunutu bitirdikdən sonra səcdəyə getmək istədikdə əllərini qaldırır. Məzhəbin səhih olan görüşü budur. İmam Əhməd bunu açıq bildirmişdir. Çünki qunut, qiraət kimi qiyamda nəzərdə tutulan əməldir. Bunu Qadı və digərləri qeyd etmişlər. İmam Əhməd də, onu edərdi. (əl-İnsaf:4/132)
Mənsur əl-Buhuti əl-Hənbəli -rahiməhullah dedi:
(ويرفع يديه إذا أراد السجود) نصا؛ لأن القنوت مقصود في القيام، فهو كالقراءة. ذكره القاضي
Səcdəyə getmək istədikdə əllərini qaldırır. İmam Əhməddən nass olaraq varid olub. Çünki qunut qiyamda nəzərdə tutulan əməldir. Bu baxımdan qiraət mislindədir. Bunu da, Qadı qeyd etdi. (Dəqaiqu ulin nuhə:1/498)