Hənbəli məzhəbinə görə qiyamul leylin(gecə namazı) vaxtı Məğrib namazından sonra başlayır. Misal olaraq insan Məğribin sünnətini qıldıqdan sonra altı rükət gecə namazı qılarsa keçərli sayılacaq. Ancaq Vitri qılmayacaq. Əgər Vitri İşa namazından əvvəl qılarsa keçərli olmayacaq. Çünki Vitr namazının vaxtı İşa namazından sonra başlayır. Yəni insan misal olaraq doqquz rükət gecə namaz qılmaq istəyərsə, onun altı rükətini Məgrib və İşa arası, üç rükət vitiri isə İşadan sonra qıla bilər.