(O gün) göy açılacaq və (mələklərin yerə enməsi üçün göydə) qapıları olacaqdır. 
(ən-Nəbə surəsi: 19 ayət)

Uca Rəbbimiz Qiyamət günü səmanın parçalanmasını onun qapılarının olması kimi açıqlamışdır. Sanki Uca Allah bunu inkar edən Məkkə müşriklərinə demək istəyir ki, Qiyamət günü göyün yarılması qapının açılması kimi asand olacaq.