İsmətli qadınları zinada günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir.
(ən-Nur surəsi: 4 ayət)
Uca Allah bu ayədə qadınlara iftira atmağı "ramə-رمى"-"yərmi-يرمي" feli ilə ifadə edir. Əslində isə bu felin mənası daşlamaqdır. Yaxşı, o zaman bunun bəlağət sirri nədir? Sanki Uca Allah demək istəyir ki, qadının namusu və iffəti o qədər dəyərlidir ki, ona iftira atmaq onu daşlamaq kimidir.