O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər;
(əl-Bəqərə surəsi: 3 ayət)
Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər.
(əl-Bəqərə surəsi: 6 ayət)
Uca Allah öz kitabında möminləri vəsf edərkən peyğəmbərlərin onları qorxutmağından bəhs etmir. Kafirlərdən bəhs edərkən isə onların qorxudulmasından və onların da bundan üz çevirməsindən bəhs edir. Əslində isə peyğəmbərlər həm möminləri, həm də kafirləri Allahın əzabı ilə qorxudurdular. Bunun bəlağət sirri budur ki, sanki Uca Allah onların qorxudulmasından bəhs etməməklə bizə demək istəyir ki, müttəqilər bir-başa iman gətirən kəslərdir.