O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işə görə yerə enərlər. {əl-Qədr surəsi: 4 ayət}
əl-Qədr surəsində olan bu ayədə keçən تَنَزَّلَ feili ərəb dilində olan تَفَعَّلَ babından olan bir feildir. Ərəb dilində bu feilin mənası israr etmək, əzm etmək və güc sərf etmək mənasını verir. Sanki Allah Təalə bizə demək istəyir ki, mələklər vurnuxurlar və güc sərf edirlər ki, Qədr gecəsi yer üzünə ensinlər. Ayədə olan ikinci bəlağət nöqtəsi isə تَتَنَزَّلُ feilindən ت hərfinin düşməsidir. Hərfin düşməsi isə mələklərin yer üzünə sürətlə enməsinə dəlalət edir.