Hənbəli məzhəbinə görə insanın ibadətin əsərini izhar etməsi əfzəldir. Misal olaraq insan oruclu ikən zəvaldan sonra misvaklanmır. Şəhid üzərində olan paltarla basdırılır. Həmçinin bayram namazına çıxan şəxsin ən gözəl paltar geyinməsi sünnədir. Ancaq etikaf edən insan bayram namazına etikaf etdiyi paltarda çıxır.