Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onlardan bir zümrəni (İsrail oğullarını) zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi.(əl-Qasas surəsi: 4 ayət) Uca Allah bu ayədə Fironun sağ buraxdığı qız uşaqlarını qadın adlandırır. Halbuki Firon oğlan uşaqlarını öldürür, qız uşaqlarını isə sağ buraxırdı. Bəs nə üçün Allahu Təalə Fironun sağ buraxdığı qız uşaqlarını qadın adlandırır? Bunun bəlağət sirri budur ki, sanki uca Allah demək istəyir ki, Firon onları qadınlıq yaşına çatdıqda çirkin niyyətini həyata keçirmək üçün sağ buraxırdı.
Fironun çirkin niyyəti