Dəstəmazsız Qurani Kərimə toxunmağın haramlığı alimlər arasında ittifaq olan məsələlərdəndir. Hənbəli məzhəbinə görə yeddi yaşından az olan uşaq mushafa toxuna bilməz. Toxunarsa, haram sayılacaq. Təfsir kitablarına isə toxunmaq icazəlidir. Həmçinin kitab özü əslən mushaf olar  və təfsir kənarlarında olarsa, haramlıq bu kitablarıda şamil edəcək. Ancaq “Biz Allaha məxsusuq və ona qayıdacağıq”, “Bismilləhir Rahmənir Rahim”, “Bunu bizə ram edən Allah pak və müqəddəsdir” kimi ayələri istər cünublu, istərsə də üzərinə dəstəmaz vacib olan şəxs zikr niyyəti ilə oxuyarsa, haram olmayacaq.  Quran oxumaq niyyəti ilə edərsə, haram olacaq. Şafi məzhəbində isə kitabın əksəriyyətini mushaf təşkil edərsə, ona toxunmaq haram sayılacaq.