Hənbəli məzhəbində mötəməd olan görüşə görə cümə namazında iştirak edənlərin sayının qırx nəfər olması şərtdir. Həmçinin bu qırx nəfər həmin şəhərin əhalisindən olmalıdır. Misal olaraq Bakıda cümə namazı qılınır. Bakı sakinlərindən imamla birlikdə otuz yeddi nəfər iştirak edir. Digər üç nəfər isə Ucar rayonundan Bakıya səfərə gəlir. Həmin üç nəfərlə birlikdə cümə namazına lazım olan say tamamlanır. Ancaq onlar cümə namazını deyil, zöhr namazını qılacaqlar. Çünki həmin üç nəfər Bakı şəhərinin əhalisindən deyil. Habelə ilk xütbədən başlayaraq cümə namazında həmin şəhərin əhalisindən olan qırx nəfərin iştirak etməsi şərtdir. Misal olaraq ilk xütbə başladıqda Bakı sakinlərindən olan otuz səkkiz nəfər cümə namazında iştirak edir. İki nəfər isə xütbənin ortasında namaza gəlir. Bu səbəblə həmin xütbə yenidən verilməlidir.
Cümə namazında qırx nəfər

Tags
FİQHİ FAYDALAR