Şaban ayının ortası (Bəraət gecəsinin) fəziləti və sələfín bu gecədə ibadət etmələri barədə qısa izahlar:


Abdullah İbn Ömərdən rəvayət edilir ki: 


خمس ليال لا يرد فيهن الدعاء ليلة الجمعة و أول ليلة من رجب و ليلة النصف من شعبان و ليلتا العيد


"Beş gecə vardır ki, həmin gecələrdə dualar geri qaytarılmaz: Cümə gecəsi, Rəcəb ayının ilk gecəsi, Şaban ayının ortasında olan gecə və iki bayram gecələridir." Bu hədisi imam Beyhaqi "əş-Şuab və Fədailul əuqat"da nəql etmişdir.


Sələf imamlarından həmin gecə haqqında gələn xəbərlər:


İmam Şafei -rahiməhullah- dedi: Bizə çatan xəbərlərə görə belə deyilərdi: Beş gecədə dualar müstəcəb olur: Cümə gecəsi, Qurban bayramı gecəsi, Ramazan bayramı gecəsi, Rəcəb ayının ilk gecəsi və Şaban ayının ortasında olan gecədir. Daha sonra rəvayətin isnadını qeyd etdi. 


Daha sonra imam Şafei dedi: Bu gecələr barədə hekayət edilən hər bir şeyi, fərz olmayacağı təqdirdə müstəhəb görürəm. (Kitəb əl-Umm:1/264)


Dedim: İmam Şafeinin sözlərində gələn (bizə çatan xəbərlərə görə) kəlməsi ilə, onun ətba-tabeinlərdən, onların da, tabeinlərdən, onların da, öz şeyxləri səhabələrdən əldə etdikləri elm qəsd edilir.


Hənbəli məzhəbində mötəməd olan görüş budur. Şeyx Təqiyuddin İbn Teymiyyə də, bu görüşə müvafiq olmuşdur.


İbn Teymiyyə -rahiməhullah- dedi: Bir adamın Şaban ayının ortasında olan gecədə, müsəlmanlardan olan toplumların qıldıqları kimi tək yaxud xüsusi bir camaatda namaz qılması yaxşı əməldir. (Məcmu əl-fətəva:23/131)


Həmçinin İbn Teymiyyə -rahiməhullah- dedi: Şaban ayının gecəsinin fəziləti barədə hədislər və əsərlər rəvayət olunmuşdur. Sələfdən olan bir sıra adamlardan nəql edilir ki, onlar həmin gecədə namaz qılardılar. İnsanın fərdi olaraq həmin gecədə namaz qılmasına gəldikdə, artıq sələf imamları onu bu əməldə öncələmişlər. İnsan üçün bu şeydə hüccət vardır. Bu səbəbdən ona bu işdə irad tutulmaz. (İqtidau-s-sıratıl müstəqim: 2/632)


Ey Rəbbim, bu mübarək gecədə bu ümmətin sıxıntısını apar, ondan hər bir pisliyi və bəlanı uzaqlaşdır və onların işlərini asanlaşdır!


Yazdı: Fəris İbn Fəlih əl-Xəzrəci əl-Hənbəli.