İmam İbn Qudamə əl-Məqdisi -rahiməhullah- dedi:
"Əshabımız demişlər: Zəlzələdən ötrü Kusuf namazı qılınır. Buna dəlil İbn Abbasın əməlidir. Digər təbii hadisələr barədə isə ixtilaf etmişlər.
İmam Mərdavi -rahiməhullah- buyurdu: Müəllif dedi: (Digər təbii hadisələrdən ötrü namaz qılınmır.) İstisna edilənlər xaric məzhəbin görüşü budur. Əksər əshab, üstəlik onların cumhuru bu görüş üzərədir. Ondan gələn bir rəvayətə görə hər təbii hadisədən ötrü qılınır.