İbn Rəcəb əl-Hənbəli -rahiməhullah- buyurdu:

Şaban ayının orucu, haram ayların orucundan daha fəzilətlidir. Ən fəzilətli nafilə ibadət, Ramazan ayına öncədən yaxud sonradan yaxın olanıdır. Həmin orucun dərəcəsi, fərzlərdən öncə və sonra qılınan ratibə sünnətlərinin dərəcəsi mislindədir. O ratibələr, fərzlərin nöqsanlarını tamamlayır. Ramazandan öncə və sonra olan oruclar da, belədir. Ratibə sünnətləri mütləq nafilə namazlarından daha fəzilətli olduğu kimi eləcə də, Ramazandan öncə və sonra olan oruclar ondan uzaq olan oruclardan daha fəzilətlidir.

(Lətaiful maarif: 152-ci səh)


İbnul Qayyim -rahiməhullah- buyurdu:

Peyğəmbərin -sallallahu aleyhi və səlləm - Şaban ayında digər aylardan daha çox oruc tutmasının üç mənası vardır:

Birinci: Peyğəmbər -salləllahu aleyhi və səlləm - hər ayın üç gününü oruc tutardı. Bəzən də, məşğuliyyətlərindən dolayı bir neçə ayı oruc tutmaq imkanı tapmazdı. Bu zaman fərz orucdan öncə həmin orucları bərpa etmək üçün oruclarını Şaban ayında cəm edərdi.

İkinci: O bunu Ramazan ayını təzim etmək üçün etmişdir. Bu oruc, fərz namazından öncə onun şənini təzim etmək üçün qılınan fərzin sünnətinə bənzəyir.

Üçüncü: Həmin ayda əməllər qaldırılır. Allahın Rəsulu -salləllahu aleyhi və səlləm- öz növbəsində oruclu olduğu halda öz əməlinin qaldırılmasını istəmişdir.

(Təhzibu sünən Əbu Davud:2/154)