Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- dedi:


(و سجود التلاوة ) والشكر (صلاة)، لأنه سجود يقصد به تقرب  الى الله، له تحريم، و تحليل، فكان صلاة كسجود التلاوة، فيشترط له  ما يشترط لصلاة النافلة من ستر العورة، و استقبال القبلة، و النية،  و غير ذلك. 


"Tilavət və sükür səcdəsi namaz hökmündədir. Çünki bu səcdələr ilə Uca Allaha yaxınlaşmaq qəsd edilir. Bu səcdəyə də, təhrim (Allahu Əkbər) və təhlil (əs səlamu aleykum və rahmətullah) ifadələri də, daxildir. Bu mənada (təkbir ilə başlamaq və salamla bitirmək yönündən) namaz tilavət səcdəsi kimidir. Övrət yerini örtmək, qibləyə yönəlmək, niyyət və bu kimi nafilə namazına şərt edilən əməllər tilavət səcdəsinə də, şərt edilmişdir."


(Ravdul Murbi:səh 119)


Habelə İmam Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- dedi:


(و) إذا أراد السجود ،فانه (يكبر) تكبرتين، تكبيرة(إذا سجد)، وتكبيرة (إذا رفع)، سواء كان في الصلاة أو خارجها.

(و يجلس) إن لم يكن في الصلاة (يسلم) وجوبًا، و تجزئ واحدة. (و لا يتشهد) كصلاة الجنازة، و يرفع يديه إذا سجد ندبًا و لو في صلاة،  وسجود  عن قيام افضل.


"İnsan tilavət səcdəsini yerinə yetirmək istədikdə səcdəyə gedərkən gətirdiyi təkbir ilə və səcdədən qalxarkən gətirdiyi təkbir ilə birlikdə iki təkbir gətirir. Bu namazın daxilində də, xaricində də, eyni  tərzdə yerinə yetirilir.


Əgər insan namazın daxilində (təkbir gətirib qiyama qalxacaq və qiraətə davam edəcək) olmazsa, oturacaq və vacib olaraq salam verəcək. Bir dəfə sağa salam verməsi keçərlidir. Cənazə namazında olduğu kimi təşəhhüdü oxumur. İnsan tilavət səcdəsinə gedərkən namazın daxilində olsa belə, müstəhəblik yönündən hər iki əlini qaldırır. İnsanın bu səcdələrə qiyamdan getməsi daha fəzilətlidir. 


(Ravdul Murbi:səh 120) 


- Məsələnin izahı:


Tilavət və şükür səcdələri İslam şəriətində varid olan nafilə ibadətlərdəndir.


Tilavət səcdəsi Qurani-Kərimin səcdə ayətlərinə çatdıqda Quranı oxuyanın və onu dinləyənin etdiyi səcdədir. Hənbəli fəqihləri buna Buxari və Müslimin rəvayət etdikləri hədisi və həmçinin, digər hədis imamlarının rəvayət etdikləri hədisləri dəlil gətirmişlər. Buxari və Muslimin rəvayət etdikləri hədisdə belə buyurulur:


"Peyğəmbər -salləllahu aleyhi və səlləm- bizə səcdə ayəsinin varid olduğu surələrdən oxuyar və səcdə edərdi. Bizdə onunla birlikdə bizlərdən birinin öz alnını yerə qoyması üçün yer tapmadığı şəkildə səcdə edərdik."


Şükür səcdəsi nemətlər təzələndiyi və ya bəla sovuşduğu anda edilən səcdədir. Hənbəli fəqihləri buna Əbu Davudun rəvayət etdiyi hədisi dəlil gətirmişlər. Hədisdə buyurulur:


"Peyğəmbərin -salləllahu aleyhi və səlləm- başına onu sevindirən bir iş gəldikdə  üzü-üstə səcdəyə qapanardı."


Şükür səcdəsi Qurani-Kərimdə yalnız Sad surəsinin 24-cü ayəsində varid olmuşdur. 


Şükür səcdəsi tilavət səcdəsi kimi yerinə yetirilir. Fərq yalnız ondadır ki, şükür səcdəsi yalnız namazın xaricində yerinə yetirilir. İnsan onu namazın daxilində yerinə yetirərsə namazı batil olacaq. Ancaq bunu cahilliyindən və unutqanlığından edərsə namazı batil olmayacaq.


Hazırladı: Əbu Yəhya əl-Hənbəli.