Moğollar Bağdada daxil olduqları zaman, Hənbəli fəqihi və şairi imam Cəməluddin əs-Sarsari evinə daşları yığdı. Onlar onun evinə girdikdə həmin daşları onlara atmağa başladı və onlardan bir neçəsini yaraladı. Daşlar tükəndikdə onlarla öz çomağı ilə savaşmağa başladı. Nəhayət moğollar imam Sarsarini qətlə yetirdilər. Həmin ərəfədə onun 68 yaşı var idi.