İmam Şəmsuddin əz-Zərkəsi əl-Hənbəli -rahiməhullah-  buyurdu:


Dəstəmazı pozan yuxunun ağılı aparan dərin yuxu olması gərəkdir. 


1- Əgər biri (yatdığı halda) başqasının sözlərini eşidir və onu anlayırsa, beləsi yatmış hökmündə deyil.


2- Əgər biri başqasının sözlərini eşidir ancaq dediklərini anlamırsa, beləsi mürgü olan yüngül yuxuya gedib.


3- Ancaq əgər biri digərinin səsini eşitmirsə, bu zaman həmin şəxs dərin yuxuya getmiş kimsədir. Dəstəmazı pozan yuxu da, məhz budur.