Alləmə Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- Kəşşəful qinə kitabında dedi:
وَلَهُ مَسُّ التَّوْرَاةِ وَالْإِنْجِيلِ وَالزَّبُورِ وَصُحُفِ إبْرَاهِيمَ وَمُوسَى وَشِيثٍ إنْ وُجِدَتْ؛ لِأَنَّهَا لَيْسَتْ قُرْآنًا.
"Onun Tövrata, İncilə, Zəbura və tapılacağı təqdirdə İbrahimin, Musanın və Şisin səhifələrinə toxunması icazəlidir. Çünki bu kitablar Quran deyil."
Mər'i İbn Yusuf əl-Kərmi -rahiməhullah- əl-Ğayə və şərhi kitabında dedi:
(وَ) لَا يَحْرُمُ مَسُّ (نَحْوِ تَوْرَاةٍ وَإِنْجِيلٍ) وَزَبُورٍ وَصُحُفِ إبْرَاهِيمَ وَمُوسَى وَشِيثٍ وُجِدَتْ؛ لِأَنَّهَا لَيْسَتْ قُرْآنًا.
(Tövrat və İncil) kimi kitablara, habelə Zəbura və tapılarsa İbrahimin, Musanın və Şisin səhifələrinə toxunmaq haram deyil. Çünki bu kitablar Quran deyil."