İmam Aləuddin əl-Mərdavi -rahiməhullah- dedi:


و متى ظهر قدم الماسح و رأسه، أو انقضت مدة المسح استأنف الطهارة، هذا الصحيح من المذهب


“Məsh edənin qədəmi yaxud başı açılarsa yaxud məshin müddəti bitərsə, yenidən təharət alacaq.” Məzhəbin səhih görüşü budur.” (əl-İnsaf:1/190)


İmam Burhanuddin ibn Muflih -rahiməhullah- dedi:


(و متى ظهر قدم الماسح) بطلت طهارته في المشهور، لأن المسح أقيم مقام الغسل، فإذا زال بطلت الطهارة في القدمين‘ فيبطل في جميعها لكونها لا تتبعض


“Məsh edənin qədəmi açılacağı zaman, məşhur görüşə əsasən təharəti batil olacaq. Çünki məsh yumağın əvəzinə təyin edilmişdir. O (məsh) aradan qalxacağı zaman, ayaqlarda olan təharət batil olacaq və bununla bütün əzalarda (dəstəmaz) batil olacaq. Çünki o, hissələrə bölünmür.” (əl-Mubdi`:1/129)