İmam Əhməd özündən öncə yaşamış imamların elmini özündə toplamışdır.


Deyilə bilər ki, İmam Əhməd -radiyəllahu anhu- özündən öncə yaşamış Əbu Hənifə, Malik və Şafii kimi -Allah onların hamısına rəhmət eləsin- imamların elmini özündə necə cəm etmişdir?


Deyəcəyik: Əbu Hənifənin fiqhini, Əbu Yusufun əli ilə fiqhi öyrənməsi ilə mənimsəmişdir. İbrahim əl-Harbi ona: Bu incə məsələləri haradan öyrənmisən?- sualını verdikdə, Əhməd dedi: Muhamməd İbn əl-Həsənin kitablarından.


Habelə imam Malikin fiqhini Şafeidən almışdır.


İmam Şafeinin fiqhini isə, Məkkədən Bağdada döndükdən sonra onun özündən eşitmişdir.  


Allah onların hamısından razı qalsın!


Yazdı: Fəris ibn Fəlih əl-Xəzrəci əl-Hənbəli.


İmam Əhməd -radıyəllahu anhu- buyurdu:


Təam üç tərzdə yeyilir:


1- Qardaşlarla olacağı zaman sevinclə yeyilir.


2- Kasıblarla olacağı zaman onları özündən önə çəkərək yeyilir.


3- Dünya adamları ilə olacağı zaman kişiliyi qoruyaraq yeyilir.


(Mənaqibul imam Əhməd, libni əl-cəuzi)