Allah Rəsulunun -salləllahu aleyhi və səlləm- mücərrəd olaraq bir şeyi tərk etməsi, onun haram yaxud məkruh olduğuna dəlalət etmir.


İmam əl-Muvaffəq İbn Qudamə -rahiməhullah- dedi:


فإن قيل: فقد أبى سعد أن يأكل؟ 

قلنا: امتناع سعد من أكله ليس بمخالف لهم؛ لأن الإنسان قد يترك المباح غنى عنه، أو تورعًا، أو تقذرًا، كترك النبي ﷺ أكل الضب.


"Əgər deyilsə ki, Sa'd onu (hasarı və gözətçisi olmayan yiyəsiz bostanın səmərəsini) yeməkdən imtina etdi? 


Biz deyərik: Sa'dın onu yeməkdən imtina etməsi, onlara (digər səhabələrə) müxalif olması səbəbilə deyil. Çünki bəzən insan ehtiyac duymadığına görə yaxud təqvadan dolayı yaxud iyrəndiyi üçün mübah bir şeyi tərk edir. Peyğəmbərin -salləllahu aleyhi və səlləm- kərtənkələ (ətini yeməyi) tərk etməsi buna misaldır." (Əl-Muğni:9/418)


Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- dedi: 


وكون سعد أبى الأكل لا يدل على تحريمه؛ لأن الإنسان قد يترك المباح غنى عنه أو تورعًا.


"Sa'dın onu yeməkdən imtina etməsi, onun haramlığına dəlalət etmir. Çünki bəzən insan bir şeyə ehtiyac duymadığı üçün yaxud təqvadan mübah olan bir şeyi tərk edir." (Şərh əl-muntəhə:6/326)


Habelə Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- dedi:


وترك النبي ﷺ لا يدل على الكراهة، فإن النبي ﷺ  قد يترك المباح كما يفعله.


Peyğəmbərin -salləllahu aleyhi və səlləm- bir şeyi tərk etməsi, kərahətə dəlalət etmir. Çünki Peyğəmbər -salləllahu aleyhi və səlləm- mübah şeyləri etdiyi kimi bəzən də, onu tərk edərdi." (Kəşşəful qinə':1/106)