Bədruddin ibn Abdul-Ğaniy əl-Məqdisi əl-Hənbəli -rahiməhullah- dedi:


"قال أصحابنا: فيه الألفاظ المحكمة، وهي: المفسرة؛ والمتشابهة عكسها، وهو ما ورد في صفات الله عز وجل، المنهي عن تأويله، ويجب رد علمه إلى الله كقوله تعالى: (الرحمن على العرش استوى)، (بل يداه مبسوطتان) (ويبقى وجه ربك ذو الجلال والإكرام)"


"Bizim əshabımız (yəni hənbəlilər) dedilər: Orada (Quranda) möhkəm ləfzlər vardır. O da, təfsir ediləndir. Habelə onun əksi olan mütəşabih vardır. O isə Uca Allahın sifətləri barədə gələnlərdir. Onu açıqlamaq qadağandır və onun barədə elmi Allaha buraxmaq vacibdir. Buna misal olaraq Uca Allah buyurur: ((Rəhman olan Allah ərşə isteva etdi)), habelə ((Onun hər iki əli açıqdır)), ((Rəbbinin əzəmətli və kəramətli vəchi əbədidir))."


(ət-Təzkira fi üsulil fiqh:42-ci səh)


Qadı Aləuddin əl-Kinəni əl-Asqaləni əl-Hənbəli -rahiməhullah- dedi:


استئثار الله سبحانه وتعالى بعلم تأويله لا يعني أن لا يكون له معنى في نفسه، بل يستلزم ثبوت المعنى


"Uca Allahın (mütəşabih olanın) açıqlaması barədə elmi Öz dərgahında saxlaması, onun öz-özlüyündə mənasının olmadığını ifadə etmir. Əksinə mənanın sabit olduğunu gərəkdirir." 


(Səvadun nazır şərh müxtəsər raudatın nazır:1/319)