İmam Təqiyuddin ibn ən-Nəccar -rahiməhullah- dedi:
(وفيه) أي في القرآن (ما لا يعلمُ تأويله إلّا الله) عند جمهور العلماء. قال ابنُ عقيل في "الواضح": ليس بِبِدعٍ أن يكون فيه ما يتشابهُ لنؤمن بمتشابهه ونقفُ عندَه، فيكون التكليفُ به هو الإيمانُ به جملةً، وترك البحث عن تفصيله، كما كَتَمَ الروحَ والساعة والآجال وغيرَها من الغيوب، وكلَّفنا التصديق بها، دون أن يُطلِعَنا على علمه". انتهى. وهذا مذهب سلف الأمة.
“Cumhur alimləri qatında (orada), yəni Quranda açıqlamasını yalnız Allahın bildiyi şeylər vardır. İbn Aqil əl-Vadih kitabında buyurdu: Mütəşabih olanına iman etməyimiz və onun həddində dayanmağımız üçün orada qapalı qalan şeylərin olması təəccüblü bir şey deyil. Belə olan halda onunla mükəlləfiyət, ona yığcam tərzdə iman etmək və onun təfərrüatını araşdırmağı tərk etmək olur. Ruhu, qiyamət saatını, əcəlləri və digər qeyb məsələləri gizli saxlaması və onun barədə elmi bizə bildirmədən bizim öhdəmizə onu təsdiq etməyi buraxması da, buna bənzəyir. (İbn Aqilin sözləri burada bitdi) Bu da, ümmətin sələfinin məzhəbidir.” (Şərhul kəukəbil munir:2/148)