Hənbəli məzhəbinə görə kafirlərin bayramlarını təbrik etməyin hökmü:
İmam Aləuddin əl-Mərdavi -rahiməhullah- dedi:
قوله: (و في تهنئتهم وتعزيتهم وعيادتهم روايتان) ... إحداهما: يحرم. و هو المذهب.
“Dedi: (Onları təbrik etmək, onlara başsağlığı vermək və xəstələndikdə onları ziyarət etmək məsələsində iki rəvayət vardır) ... Birinci: Haramdır. Məzhəb də, bu görüş üzərədir.” (əl-İnsaf:4/234)
İmam Mənsur ibn Yunus əl-Buhuti -rahiməhullah- buyurdu:
(ويحرم تهنئتهم وتعزيتهم وعيادتهم) لأنه تعظيم لهم. أشبه السلام.
(وعنه تجوز العيادة) أي عيادة الذمي (إن رجي إسلامه، فيعرضه عليه. واختاره الشيخ وغيره) لما روى أنس: أن النبي (ص) عاد يهوديا، وعرض عليه الاسلام، فأسلم. فخرج وهو يقول: الحمد لله الذي أنقذه بي من النار رواه البخاري. ولأنه من مكارم الأخلاق. (وقال) الشيخ (ويحرم شهود عيد اليهود والنصارى) وغيرهم من الكفار، (وبيعه لهم فيه). وفي المنتهى: لا بيعنا لهم فيه (ومهاداتهم لعيدهم) لما في ذلك من تعظيمهم. فيشبه بداءتهم بالسلام.
"(Onları təbrik etmək, onlara başsağlığı vermək və xəstələndikdə onları ziyarət etmək haramdır). Çünku bu, onları təzim etməkdir. Onlara salam verməyə bənzəyir. (Ondan gələn bir rəvayətə görə kafirin İslama gəlməsi ümid olunursa, xəstə ziyarətinə getmək icazəlidir). Yəni, zimmini ziyarət etmək. (Bu halda ona İslam dini ərz edilir. Şeyx və başqaları bu görüşü seçmişlər.) Buna dəlil Ənəsin rəvayət etdiyi hədisdir. Peyğəmbər -salləllahu aleyhi və səlləm- (ölüm ayağında olan) bir yəhudini ziyarət etdi və ona İslamı ərz etdi və həmin şəxs İslamı qəbul etdi. Peyğəmbər -salləllahu aleyhi və səlləm- onun hüzurundan çıxdıqda dedi: “Mənim əlimlə onu oddan xilas edən Allaha həmd olsun!” Hədisi Buxari rəvayət edib. Habelə bu əməl, ən gözəl əxlaqın nümunəsidir. Həmçinin (şeyx, yəni İbn Teymiyyə) dedi: (Yəhudi və nəsranilərin) və başqa kafirlərin (bayramında iştirak etmək, onlara həmin gündə müxtəlif şeylər satmaq), əl-Muntəhə kitabında isə gəlir (bizim onlara müxtəlif şeyləri satmaq haram deyil), habelə (bayramlarından ötrü onlara hədiyyə etmək haramdır). Çünki bu əməldə, onların təzim edilməsi vardır və həmin əməl onlara salamı ilk olaraq verməyə bənzəyir.” (Kəşşəful qinə` an mətnil iqnə`:3/149)
İmam Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- buyurdu:
و تحرم (تهنئتهم وتعزيتهم وعيادتهم، و شهادة أعيادهم) لحديث أبي هريرة مرفوعا (( لا تبدءوا اليهود و النصارى بالسلام، فإذا لقيتم أحدهم في الطريق فاضطروه إلى أضيقها)) رواه أحمد و مسلم و أبو داود و الترمذي و قال حسن صحيح, و ما عدا السلام مما ذكر ففي معناه. (و لا) يحرم (بيعنا لهم) أي لأهل الذمة (فيها) أي أعيادهم. لأنه ليس فيه تعظيم لها.
“(Onları təbrik etmək, onlara başsağlığı vermək, xəstələndikdə onları ziyarət etmək və onların bayramlarında iştirak etmək) haramdır. Çünki Peyğəmbərin -salləllahu aleyhi və səlləm- belə dediyi rəvayət edilir: ((Yəhudi və nəsranilərə salamı ilk olaraq verməyin! Onlarla qarşılaşdıqda isə onları ən dar yola sıxışdırın!)) Hədisi Əhməd, Muslim, Əbu Davud və Tirmizi rəvayət ediblər. Sonuncu hədisin həsən, səhih olduğunu demişdir. Salamdan savayı qeyd olunanlar, həmçinin onun mənasını daşıyır. Ancaq onlara, yəni zimmə əhlinə, (bayramlarında müxtəlif şeyləri satmaq) haram deyil. Çünki bu əməl, onların bayramlarını təzim etməyi ifadə etmir.” (Şərh muntəhəl iradət:1/664)
Qeyd: Buhuti gətirilən ilk nəqildə imam Həccəvinin əl-İqnə` mətnində olan sözlərini gətirir və müsəlmanın kafirlərin bayramlarında onlara müxtəlif şeyləri, xüsusən də, onların bayramlarına yardımçı olacaq şeyləri satmağın haram olduğunu deyir. İkinci nəqildə isə, əl-Muntəhə kitabında İbn Nəccərin sözlərini gətirir və müsəlmanın kafirlərin bayramlarında onlara bu şeyləri satmağın haram olmadığını qeyd edir. Buhuti -rahiməhullah- İbn Nəccarın sözlərini gətirdikdən sonra, onun sözlərinə izah verir və həmin gündə onlara müxtəlif şeyləri satmağın, onların bayramlarını təzim etmək anlamına gəlmədiyini və bu səbəbdən, həmin müamilənin haram olmadığını deyir. Ancaq Həccəvinin sözlərinə şərh vermir və həmin məqamda İbn Nəccarın əl-Muntəhə kitabında gələn sözlərini əlavə edir. Bu da, Buhutinin əl-Muntəhə kitabında gələn görüşü tərcih etdiyini göstərir. Habelə imam Mər`i ibn Yusuf əl-Kərmi -rahiməhullah- (Ğayətul muntəhə fil cəm`i beynəl iqnə` val muntəhə) adlı kitabında İbn Nəccarın görüşünü tərcih edir. (bax:1/486)
İmam İbn Qayyim əl-Cəuziyyə -rahiməhullah- dedi:
وأما التهنئة في الشعائر الكفرية فمحرم اتفاقا، وقد يكون كفرا كما لو أراد بالتهنئة الرضى بالكفر عياذا بالله!
“Küfr olan şüarlarda təbrik etmək yekdilliklə haramdır. Bəzən isə, təbrik etməklə küfrə razılıq göstərməyi qəsd edəcəyi hallarda olduğu kimi küfr olur.” (Əhkəmu əhliz zimmə:1/205)
Xülasə: Hənbəli məzhəbində gələn üstün görüşə görə, kafirlərin bayramlarını təbrik etmək haramdır.