İmam Mənsur İbn Yunus
əl-Buhuti -rahiməhullah- dedi:
(و لا بأس بقطع الصف عن يمينه) أي الإمام ( أو خلفه، و كذا إن بعد الصف عنه) أي عن الإمام فلا بأس به (نصا و قربه) أي الصف (منه) أي الإمام (أفضل) من بعده، و كذا قرب الصفوف بعضها من بعض (و كذا توسطه) أي الإمام للصف أفضل لحديث أبي هريرة قال النبي صلى الله عليه و سلم ((وسطوا الإمام و سد الخلل)) رواه أبو داود، (و إن انقطع) الصف (عن يساره) أي الإمام (فقال ابن حامد: إن كان) الانقطاع بعد مقام الثلاثة رجال (بطلت صلاتهم) أي صلاة المنقطعين عن الصف عن يسار الإمام
"İmamın sağında yaxud arxasında cərgənin qırılmasında bir qəbahət yoxdur. Habelə cərgənin imamdan uzaq düşməsində də, nass ilə bir qəbahət yoxdur. Cərgənin imama yaxın olması onun uzaq olmasından, daha fəzilətlidir. Habelə cərgələrin bir birinə yaxın olması (biri-birinə uzaq olmasından) daha fəzilətlidir. Habelə imamın cərgəyə nisbətdə ortada durması daha fəzilətlidir. Çünki Əbu Hureyranın hədisində Peyğəmbər -salləllahu aleyhi və səlləm- buyurdu: "İmamı ortaya çəkin və boşluqları doldurun!" Hədisi Əbu Davud rəvayət edib. Əgər cərgə imamın solunda qırılarsa, bu halda İbn Hamid dedi: Əgər qırılan cərgə üç kişinin dayanacağı məsafə uzaqlığında olarsa, namaz batil olacaq. Yəni imamın solunda qırılan cərgədən ayrı düşənlərin namazı batil olacaq." (Kəşşəful qinə`:1/488)
İmam Mustafa Ruheybəni -rahiməhullah- dedi:
(ولا تبطل) الصلاة (بقطع صف مطلقا)، أي: سواء كان وراء الإمام أو عن يمينه (إلا) أن يكون قطع الصف (عن يساره)، أي: الإمام (إذا بعد) المنقطع (بقدر مقام ثلاثة رجال)؛ فتبطل صلاته.
“Mütləq olaraq cərgənin qırılması ilə namaz batil olmur. Yəni istər (qırılan cərgə) imamın arxasında yaxud onun sağında olsun. Ancaq əgər cərgə onun, yəni imamın solunda qırılarsa, bu halda qırılan cərgə üç kişinin dayanacağı məsafə miqdarında olacağı zaman namaz batil olacaq.” (Mətalibu ulin nuhə:1/695)
İmam Osman ən-Nəcdi -rahiməhullah- dedi:
فانقطاع الصف بوقوع فرجة فيه: تارة يكون بقدر مقام ثلاثة رجال فأكثر، وتارة يكون أقل. والمنقطع: تارة يكون واحداً، وتارة يكون متعدداً... واثنتان تبطل فيهما صلاة المنقطع، وهما: ما إذا كان القطع في صف وقف بجنب الإمام عن يساره، وكانت الفرجة بقدر مقام ثلاثة فأكثر، فإنها تبطل صلاة
“Cərgədə boşluğun əmələ gəlməsi nəticəsində onun qırılması, bəzən üç və daha çox adamların dayandığı yer miqdarında, bəzən isə daha az miqdarda olur. Cərgədən aralı düşən bəzən bir nəfər, bəzən isə bir neçə nəfər olurlar... İmamın sol böyürü tərəfdə dayanan cərgədə üç və daha çox kişinin dayandığı miqdarda boşluq əmələ gələcəyi zaman, namaz batil olacaq. Bu halda cərgədən aralı düşən bir və daha çox insanın namazı batil olacaq.” (əl-Haşiyətu alə şərhil muntəhə:1/318)
Xülasə:
Əgər imamın sol böyürü tərəfdə duran məmumların arasında üç kişinin dayanacağı məsafə boyda yaxud daha böyük boşluq əmələ gələrsə, qeyd olunan məsafədə cərgədən aralı düşənlərin namazı batil olacaq. Cərgədən aralı düşənin bir nəfər olması yaxud onların daha çox olmaları, hökmü dəyişmir və onların namazı batil olur.
Aydın olur ki, imamın sağında yaxud arxasında duranların cərgəsində üç və daha çox kişinin dayanacağı miqdarda boşluq əmələ gələrsə, cərgədən aralı düşənlərin namazı batil olmayacaq.