Şəmsuddin İbn Muflih -rahiməhullah- dedi:


وإذا نُقِل عن الإمام في مسألةٍ قولان ؛ فإن أمكن الجمع ... فهما مذهبه ، وإن تعذّر وعُلِم التّاريخ فقيل : الثاني مذهبه


“İmamdan bir məsələ barədə iki görüş nəql ediləcəyi zaman, əgər görüşləri cəm etmək mümkün olarsa, hər ikisi onun məzhəbi hesab olunacaq. Əgər bunu etmək mümkünsüz oldugu halda onun tarixi bilinərsə ikincinin (son olanın) onun məzhəbi olduğu deyilər.” 


Aləuddin əl-Mərdavi –rahiməhullah- buyurdu:


وهو الصحيح ، قدّمه في الرعايتين وآداب المفتي ونصره في الحاوي الكبير


“Səhih olan da, budur. Bunu hər iki ər-Riayə kitabında və Ədəbul mufti kitabında (İbn Hamdən) önə çəkmiş və əl-Havil kəbir kitabında müəllif bu görüşü dəstəkləmişdir.” 


(Təshihul furu:1/38)