İmam Musa əl-Həccəvi -rahiməhullah- "əl-İqna" adlı kitabında dedi:
ويكره أن يكون ثوب الرجل إلى فوق نصف ساقه وتحت كعبه بلا حاجة، ولا يكره ما بين ذلك .
"Ehtiyac olmadan kişiyə məxsus olan paltarın onun baldırının ortasından yuxarı, habelə topuğundan aşağı olması məkruhdur. Bu ikisinin arasında olması isə məkruh deyil."
İmam İbn Nəccar əl-Futuhi -rahiməhullah- "Muntəhəl iradət" adlı kitabında dedi:
و (يكره) كون ثيابه فوق نصف ساقه او تحت كعبه بلا حاجة.
"Ehtiyac olmadan paltarın baldırının ortasından yuxarı olması yaxud topuğundan aşağı olması məkruhdur."
Fəqihlərin istilahında məkruhluğun tərifi: Onu tərk edən öyülür, ancaq onu edən məzəmmət edilmir.
Qeyd: Həmin məsələdə məkruhluq, bunun ehtiyacsız olması ilə muqayyəddir. Ancaq əgər paltarı baldırın ortasından yuxarı yaxud topuqdan aşağı etmək ehtiyacı yaranarsa, qaydalarda gəldiyi kimi məkruhluq aradan qalxacaq.